Logo

Gömrük Akademiyasının tələbələri  Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar

23.03.2022 19:32 1292 baxış
IMG

ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Tarix klubu ilə Təlim və layihələrlə iş departamentinin birgə əməkdaşlığı əsasında "Tarixi abidələrimizə ziyarət" adlı layihə çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii qoruğuna ekskursiya təşkil edilib.

Ekskursiya zamanı Akademiyanın bir qrup tələbəsi açıq səma altında yerləşən qayaüstü rəsmləri yaxından izləmiş, qoruğun muzeyində qədim dövrlərə məxsus eksponatlarla, maddi-mədəni irs nümunələri ilə tanış olaraq maraqlı məlumatlar əldə ediblər.

Xəbər lenti